Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb
19.02.2020 [13:24]
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I - V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq.