ELM VƏ TƏHSİL


Uşaqların müsahibə prosesi izlənilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin təhsili digər dildə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi izlənilib. Paytaxtdakı məktəblərdə şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 8 Müsahibə komissiyası fəaliyyət göstərir. Müsahibə komissiyalarının tərkibi yüksək peşəkarlıq səviyyəsinə malik 3 nəfər müəllimdən ibarətdir. Uşaqlar dinlədiyini anlama, ünsiyyət qurma, öz fikrini sadə formada bildirmə və digər meyarlar üzrə qiymətləndirilir.