ELM VƏ TƏHSİL


Birinci sinfə qəbulun elektron qeydiyyatı başlayır

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib ki, sistemdə elektron qeydiyyat martın 10-dan aktivləşəcək. Martın 13-də saat 11:00-dan etibarən isə məktəb seçiminə start veriləcək. Birinci siniflərin məktəb seçimi sentyabrın 15-dək davam edəcək. Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri Elçin Kərimov isə qeyd edib ki, bu tədris ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 105 mindən çox şagird elektron qeydiyyatdan keçmədən qəbul olunacaq. O bildirib ki, hazırda 105 mindən çox uşaq məktəbə hazırlıq qruplarına cəlb olunub. Bu uşaqların 6,8 faizi rus bölməsində hazırlıq keçir və onların birinci sinfə qeydiyyatı avtomatik olacaq. Təhsilin digər dildə aparıldığı məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların müsahibələrinə fevralın 24-dən start verilib və martın 3-də yekunlaşacaq. I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədi ilə Alternativ Qeydiyyat Mərkəzləri də fəaliyyət göstərəcək.