Son üç ildə şimal bölgəsində 48 məktəb üçün yeni modul tipli bina quraşdırılıb
05.03.2020 [14:44]
Xəbərin mətni
Qusar rayonunun Cağar kəndində 56 yerlik modul tipli bina şagirdlərin istifadəsinə verilib. Ümumi orta məktəbin yeni binası yanğın xəbərdarlıq sistemi, istilik, işıq, su təchizatı, internet, inventar və avadanlıqlarla təmin olunub. Məktəbdə hazırda 44 şagirdə, 16 pedaqoq dərs deyir.