Paytaxt üzrə I sinfə 34 min 553 uşaq qeydiyyatdan keçib
12.03.2020 [16:05]
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan 24 min 722 uşağın I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. Bununla da paytaxt üzrə I sinfə ümumilikdə 34 min 553 uşaq elektron qeydiyyatdan keçib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 70 faizindən çoxdur.