Təhsil naziri Ceyhun Bayramov Novruz Bayramı münasibətilə şagirdləri təbrik etdi
19.03.2020 [17:04]
Təhsil naziri Ceyhun Bayramov Novruz Bayramı münasibətilə şagirdləri təbrik edib.
AZƏRTAC xəbər verir ki, nazir UNESCO-nun məlumatına əsasən dünyanın 100-dən artıq ölkəsində 800 milyondan artıq şagird və tələbənin təhsildən kənarda qaldığını deyib:
“Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən də bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb".