Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb
26.03.2020 [12:49]
Xəbərin mətni
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb.