Bu gün ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qeydiyyat aparılacaq
29.03.2020 [11:21]
Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.