icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03.04.2020 [22:56]
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı məlumatlandırma məqsədi ilə videotəlimat hazırlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən xəbərə görə, videotəlimatda "İcazələrin Alınması və Monitorinqi Sistemi"dən istifadə ilə bağlı məlumat qeyd edilib.