ELM VƏ TƏHSİL
ADA Universiteti ilə Corc Vaşinqton Universitetinin birgə magistr proqramının tanıtım çarxı hazırlanıb
17.04.2020 [12:26]
ADA Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramı təqdim edir.
Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir. Proqramın məzunları ADA Universiteti və Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edəcəklər.
Tədris yay semestri də daxil olmaqla, beş semestr ərzində aparılacaq. Bu semestrlərin üçü Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində keçiriləcək.