Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Dərsdən sonra" teleproqramına start verilir

23.04.2020 [17:56]

Xəbərin mətni

Aprelin 25-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dərsdən sonra” teleproqramına start verilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şagirdlər bu həftədən etibarən hər şənbə saat 12:20-də “Mədəniyyət” telekanalında “Dərsdən sonra” teleproqramını izləyə bilərlər. Burada biliklərə əyləncə formatında yiyələnməklə yanaşı, incəsənətin müxtəlif növlərinə aid maraqlı tapşırıqlar da yer alacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI