ELM VƏ TƏHSİL
Onlayn dərslər müəllim və şagirdlərin gözü ilə — REPORTAJ
24.04.2020 [18:20]
Ölkədə təhsil alan şagirdlərin böyük bir hissəsi Təhsil Nazirliyinin “Teledərs” və “Virtual məktəb” layihəsində iştirak edərək dərslərini davam etdirirlər. Eyni zamanda müəllimlər də elektron resurslardan istifadə edərək dərsləri davam etdrirlər.
AZƏRTAC xəbər verir ki, bu, məcburi xarakter daşımasa da müəllimlər kütləvi şəkildə “Zoom”, “Skype”, “Whatsapp” vasitəsi ilə könüllü olaraq bu prosesi həyata keçirirlər.
Bakının 298 saylı məktəbinin Azərbaycan dili ədəbiyyat müəllimi Elnurə Məmmədovanın onlayn dərs prosesindən hazırladığımız reportajı təqdim edirik.