Kiçik əşyaları dezinfeksiya etmək üçün xüsusi cihaz hazırlanıb
25.04.2020 [19:20]
Sumaks Technologies şirkəti tərəfindən əşyaları ultrabənövşəyi şüalarla dezinfeksiya edən cihaz hazırlanıb. Sumaks Technologies şirkətinin rəhbəri Cavid Məmmədov bildirir ki, dezinfeksiya vaxtı hələki bir dəqiqə təyin olunub. TƏBİB-dən cavab gözləyirik ki, biz bunu test olunması üçün laboratoriyaya verək. Sertifikatlaşdırıldıqdan sonra biz bu cihazı rahat şəkildə təqdim edə bilərik.