Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici dillərdə təhsil alan şagirdlərin birinci sinfə qəbulunun müsahibə mərhələsi onlayn aparılacaq

27.04.2020 [18:28]

Xəbərin mətni

Digər xarici dillərdə təhsil alan şagirdlərin birinci sinfə qəbulunun müsahibəsi Microsoft Teams platforması üzərindən onlayn aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 27-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Nazir müavini qeyd edib ki, hazırda bu prosesin onlayn şəkildə həyata keçirilməsi müzakirə olunur.