ELM VƏ TƏHSİL


Stereotiplər həyatımıza necə təsir edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hazırlanan növbəti videoçarx stereotip haqqındadır.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.
Stereotip hadisələr, insanlar, ölkələr və s. haqqında geniş yayılmış yanlış düşüncəyə deyilir. Hər bir cəmiyyətin özünəməxsus stereotipləri var. Hətta qlobal miqyaslı stereotiplər də mövcuddur. Məsələn, dünyada ən geniş yayılmış stereotiplərdən biri qadınların riyazi düşünmə qabiliyyətinin kişilərə nisbətən zəif olması ilə bağlıdır. Həmçinin Uzaq Şərqi asiyalıların xüsusi riyazi istedadının olması da çoxları tərəfindən qəbul olunur.