ELM VƏ TƏHSİL


Cəlilabadlı müəllim şagirdlərinə "Virtual məktəb" platforması üzərindən dərs deyəcək

Aprel ayının əvvəlindən etibarən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Virtual məktəb" layihəsinə paytaxtla yanaşı, bölgələrdən olan müəllimlərin də cəlb edilməsinə başlanılıb. Artıq bu platformaya qatılmış müəllimlərin bir qisminə onlayn təlimlərin keçirilməsinin birinci mərhələsi başa çatıb.
Bu sistem vasitəsilə müəllimlər onlayn dərsləri bundan sonra vahid platforma üzərindən keçəcəklər. Artıq bir müddətdir ki, dərsləri keçəcək pedaqoqlar müəyyən meyarlar əsasında seçilərək təlimlərə cəlb olunurlar.