ELM VƏ TƏHSİL


“Məktəb psixoloqundan tövsiyələr” - Uşaqlarda yanlış davranışları bacarığa necə çevirək

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanmış 4-cü videoçarxda Bakı şəhəri 275 nömrəli tam orta məktəbin psixoloqu Aysel Novruzova “Uşaqlarda yanlış davranışları bacarığa necə çevirək?” mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.