ELM VƏ TƏHSİL


Müəllimlərlə onlayn müsahibələr necə aparılır - Müsahibə prosesindən REPORTAJ

Mayın 4-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə start verilib. Mayın 2-dən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibə barədə ətraflı məlumat göndərilib. Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdiri Eşqi Bağırov bildirib ki, Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində çalışan 250 nəfərə yaxın namizdən 225 nəfəri artıq öz iştirakını təsdiq edib və bugündən onlarla onlayn şəkildə müsahibələr aparılır. Bakı şəhəri üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə onlayn müsahibələr yekunlaşdıqdan sonra mərhələli şəkildə digər şəhər və rayon məktəblərində çalışan müəllimlərlə də müsahibələr başlayacaq.