ELM VƏ TƏHSİL


Məktəb psixoloqundan tövsiyələr: Yeniyetmələrdə davranış pozuntusu

"Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 10-cu videoçarxda Bakı şəhəri 297 nömrəli tam orta məktəbin psixoloqu Aynur Ələsgərova "Yeniyetmələrdə davranış pozuntusu" mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.