ELM VƏ TƏHSİL


Məktəb psixoloqundan tövsiyələr: Yeniyetmələrdə emosional gərginliyin aradan qaldırılması

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.

"Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 11-ci videoçarxda Bakı şəhəri 71 nömrəli tam orta məktəbin psixoloqu Turanə İmaməliyeva "Yeniyetmələrdə emosional gərginliyin aradan qaldırılması" mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.