Ali məktəblərə müsabiqə 700 ballıq şkala əsasında aparılacaq
07.05.2020 [18:25]
Xəbərin mətni
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə söyləyib. Bildirib ki, qəbul imtahanlarının iyulun 20-dən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.