Müəllimlərin işə qəbulu prosesi avqustun əvvəlində nəzərdə tutulur
07.05.2020 [18:53]
Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesinin iyulun ikinci yarısı- avqustun əvvəlində həyata keçirilməsi nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 7-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə təhsil naziri Ceyhun Bayramov deyib.