ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrindən italyanlara dəstək

Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən İtaliya - Azərbaycan Dizayn Mərkəzi nəcib təşəbbüslə çıxış edib. Mərkəz universitetin Memarlıq fakültəsinin tələbələri ilə birgə Avropa dövlətləri arasında COVİD-19 koronavirus pandemiyasından ən çox zərər çəkən İtaliya Respublikasına dəstək xarakteri daşıyan “CE LA FAREMO, ITALİA!” layihəsi ərsəyə gətirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya” mənasını verən şüar altında hazırlanan videoçarxda tələbələr İtaıiyaya dəstək olduqlarını, onların ağrılarına acıdıqlarını, kədərlərinə şərik olduqlarını, bu dəhşətli bəlaya qalib gəlmək üçün bərabər olduqlarını müxtəlif bədii forma və dizayn tərtibatları ilə hazırladıqları maskalar üzərindən çatdırmağa çalışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır