ELM VƏ TƏHSİL


Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku” yarışı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku” təşkil olunub. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yarışa Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə start verilib. Firudin Qurbanov müraciətində ulu öndər Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişafı ilə bağlı gördüyü işlər, bu sahəyə göstərilən dövlət qayğısı, mövcud vəziyyətlə əlaqədar onlayn platforma üzərindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzu edərək turniri açıq elan edib.