ELM VƏ TƏHSİL


Məktəb psixoloqundan tövsiyələr: Hiperaktiv uşaqlar

"Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 14-cü videoçarxda Bakı şəhəri 205 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Məsimova "Hiperaktiv uşaqlar" mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.