Məktəb psixoloqundan tövsiyələr: Diqqət əskikliyi
12.05.2020 [19:45]
"Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 15-ci videoçarxda Bakı şəhəri 26 nömrəli tam orta məktəbin psixoloqu Banu Məhərrəmova "Diqqət əskikliyi" mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.