ELM VƏ TƏHSİL


Məktəb psixoloqundan tövsiyələr: Asudə vaxtın səmərəli təşkili

"Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 18-ci videoçarxda Bakı şəhəri 59 nömrəli tam orta məktəbin psixoloqu Ramilə Abdinova "Asudə vaxtın səmərəli təşkili" mövzusunda tövsiyələrini təqdim edir.

Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.