ELM VƏ TƏHSİL


UNEC-də "İqtisadi müzakirələr" mövzusunda onlayn seminar keçirilib

"Dünya iqtisadiyyatında struktur böhran və Azərbaycan: çağırışlar, perspektivlər" adlı seminarda professor Elşad Məmmədov çıxış edib. UNEC-in professoru koronavirus pandemiyasının Azərbaycan da daxil olmaqla dünya ölkələrinə, qlobal iqtisadiyyata təsiri, yaranan fəsadlar, həmçinin böhrandan mümkün çıxış yollarından danışıb. Azərbaycan iqtisadiyyatında dayanıqlığın qorunması, digər tərəfdən isə qabaqlayıcı iqtisadi inkişafa keçilməsi üçün innovasiya tutumlu iqtisadiyyatın formalaşmasının olduqca önəmli olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın daxili bazarının genişlənməsi, həmçinin pul kütləsinin artımı ilə investisiya axınlarının kəskin şəkildə artırılması üçün böyük potensialı var. Qeyd edib ki, Azərbaycana qonşu ölkələrdə, post-sovet məkanında bu potensial var. Yaxın 20-25 ildə Azərbaycan, həmçinin təmsil olunduğumuz postsovet məkanı iqtisadi artım, pul-kütləsinin artımı baxımından böyük potensiala malikdir. Bunun üçün adekvat makroiqtisadi idarəetmə sistemi lazımdır. Mühazirədən sonra Elşad Məmmədov dinləyicilərin suallarını cavablandırıb.