Kolleclərə qəbul olmaq üçün 32 mindən çox abituriyent elektron ərizəsini təsdiqlədib
19.05.2020 [15:56]
Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan onlayn sənəd qəbulu davam edir.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, sənəd qəbulu iyunun 5-dək aparılacaq. Bu gün saat 15:15-ə olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 32 min 458 abituriyent elektron ərizəsini təsdiqlədib.