Dörd ixtisas qrupu üzrə 50 mindən çox abituriyent qeydiyyatdan keçib
21.05.2020 [12:28]
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin mayın 12-dən başlanan sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 11:50-yə olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 50 min 600 abituriyent qeydiyyatdan keçib.