ELM VƏ TƏHSİL


Məktəb psixoloqundan tövsiyələr: İmtahanqabağı stresin aradan qaldırılması

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.

"Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 24-cü videoçarxda 257 nömrəli tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova "İmtahanqabağı stresin aradan qaldırılması" mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.