ELM VƏ TƏHSİL
NASA ilk dəfə özəl şirkət vasitəsilə kosmosa astronavt göndərdi
31.05.2020 [00:50]
Milyarder Elon Muskun sahibi olduğu SpaceX şirkətinin “Crew Dragon” kosmik gəmisini daşıyan Falcon 9 raketi NASA-nın iki astronavtı ilə bərabər Beynəlxalq Kosmik Stansiyaya doğru start götürüb.
AZƏRTAC TASS-a istinadən xəbər verir ki, start NASA-nın YouTube kanalında canlı yayımlanıb.
“Crew Dragon” gəmisinin göyərtəsində iki astronavt yola düşüb – Bob Benken və Daq Herli. Gəmi BKS-lə bazar günü birləşəcək. Astronavtların Yerə qayıdacaqları vaxt hələ müəyyən edilməyib.
Qeyd edək ki, start ikinci cəhddən sonra uğurlu olub. Uçuş mayın 27-nə planlaşdırılsa da, əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
31.05.2023 [14:20]
01.06.2023 [11:53]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
01.06.2023 [14:04]
01.06.2023 [14:03]