Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın Uşaq Bilik Portalının keçirdiyi “Evdə qal” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01.06.2020 [19:33]

Xəbərin mətni

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə AZƏRTAC-ın Uşaq Bilik Portalı özünün “Instagram” səhifəsində keçirdiyi onlayn müsabiqənin qaliblərini mükafatlandırıb.
Portal xüsusi karantin rejimi dövründə təlim-tədris prosesinə dəstək olmaq məqsədilə azyaşlı məktəblilər üçün maraqlı materiallar dərc edib, müsabiqələr keçirib. Onlardan bir də “Evdə qal” mövzusuna həsr olunub. Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar video və şəkillər göndərərək hər kəsə özünü virusdan qorumaq çağırışı ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI