ELM VƏ TƏHSİL


Məktəb psixoloqundan tövsiyələr: Ailədə övladlararası münasibətlər

"Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 27-ci videoçarxda 91 nömrəli tam orta məktəbin psixoloqu Rəciyə Xudayarova "Ailədə övladlararası münasibətlər" mövzusunda tövsiyələrini təqdim edir. Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.