Xaçmazda 1800 şagirdin təhsil alacağı məktəb binasında təmir-bərpa işləri yekunlaşıb
09.06.2020 [15:16]
Xəbərin mətni
Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə aparılan təmir-bərpa işlərindən sonra binada 1800 şagirdin bir növbədə təhsil alması üçün şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən ilin iyul ayından başlanılan təmir işləri tam yekunlaşıb.