Məktəb psixoloqunun yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri haqqında tövsiyələri
09.06.2020 [16:56]
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir. BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan 30-cu videoçarxda 140 nömrəli tam orta məktəbin psixoloqu Günay Bağırova-Babazadə yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri mövzusunda tövsiyələrini təqdim edir.