ELM VƏ TƏHSİL
136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan keçib
12.06.2020 [18:17]
2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.
Ümumtəhsil məktəblərinin I siniflərinə martın 10-dan başlamış qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.
Bu günədək respublika üzrə ümumilikdə 136 644 uşaq I sinfə elektron qeydiyyatdan keçib. 126 860 nəfərin sorğusu tamamlanıb. 8647 nəfər tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibəyə yazılıb. 777 nəfər isə liseylərə qəbul üçün sorğu yerləşdirib.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
18.03.2023 [22:47]
18.03.2023 [22:18]
23.03.2023 [15:07]
07.03.2023 [17:05]
15.03.2023 [16:07]
08.03.2023 [16:49]
23.03.2023 [17:54]
23.03.2023 [17:46]