Magistraturaya qəbul olunmaq üçün 4 mindən çox bakalavr ərizəsini təsdiq edib
13.06.2020 [12:06]
2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu gün saat 11:40-a olan məlumata görə, 4134 nəfər (Azərbaycan bölməsi - 3806; rus bölməsi - 328) ərizəsini təsdiqlədib.