Məktəb psixoloqu “Özümüzü motivasiya etmənin yolları” mövzusunda tövsiyələrini təqdim edir
18.06.2020 [19:53]
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 34-cü videoçarxda 239 nömrəli tam orta məktəbin psixoloqu Suğra Qurbanova “Özümüzü motivasiya etmənin yolları” mövzusunda tövsiyələrini təqdim edir.