CƏMİYYƏT


Yeni üzən nasos stansiyası ilə Bərdədə 1000 hektar əkin sahəsi suvarılacaq

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizdə əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bərdə rayonunun Məmmədli kəndi ərazisində Kür çayı üzərində iki aqreqatlı nasos stansiyasının tikilib istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Yeni tikilən nasos stansiyası sayəsində 1000 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır