CƏMİYYƏT


Zuvand ərazisindəki dərman bitkiləri xalq təbabəti üçün əvəzsiz xəzinədir - Lerikdən REPORTAJ

Azərbaycanın səfalı bölgələrindən olan Lerik rayonunun florası çoxsaylı müalicəvi dərman bitkiləri ilə zəngindir. Dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşən Zuvand çökəkliyi 30 min hektar ərazini əhatə edir. Bu yerlərdə bitən kəklikotu, itburnu, qatırquyruğu, çobanyastığı, solmazçiçəyi, bağayarpağı, yemişan, baldırğan, qırxbuğum və digər saysız–hesabsız dərman bitkiləri min bir dərdə dərmandır. Yerli sakinlər bu yerlərdə şəfalı bitkilərdən toplayaraq və müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır