ELM VƏ TƏHSİL
10 mindən çox bakalavr magistraturaya qəbul olunmaq üçün ərizəsini təsdiqləyib
20.06.2020 [18:02]
2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu gün saat 17:20-yə olan məlumata görə, 11 min 154 nəfər (Azərbaycan bölməsi – 10341, rus bölməsi – 813) ərizəsini təsdiqlədib.
Qeyd edək ki, bakalavrlar iyunun 21-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
18.03.2023 [22:47]
18.03.2023 [22:18]
23.03.2023 [15:07]
07.03.2023 [17:05]
15.03.2023 [16:07]
08.03.2023 [16:49]
23.03.2023 [18:54]
23.03.2023 [18:06]