CƏMİYYƏT


Bakıda üzərində qanunsuz olaraq “Makarov” markalı tapança gəzdirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində daha bir əməliyyat tədbiri keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz silah gizlətməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbiri nəticəsində həmin şəxs, paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilən zaman “Makarov” markalı tapança, bir daraq və dörd patron aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır