CƏMİYYƏT


Tovuz sakininin “Moskviç” sevgisi

Tovuz rayon sakini, 62 yaşlı Cümşüd Əhmədov ona atasından yadigar qalan ötən əsrin istehsalı olan köhnə avtomobili hələ də saxlayır. O, hər gün 60 yaşlı "Moskviç 403" markalı avtomobilini silib-təmizləyir, ona göz bəbəyi kimi baxır.
AZƏRTAC xəbər verir ki, atası bu avtomobili alanda C.Əhmədovun 10 yaşı olub. Ailədə 6 uşaq olan Cümşüd Əhmədov ilk dəfə avtomobili idarə etməyi də məhz bu “Moskviç”də öyrənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır