CƏMİYYƏT


Kürdəmirdə avtomobilin kanala düşməsi nəticəsində üç nəfər xəsarət alıb

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə iyunun 30-da gecə saat 02 radələrində Kürdəmir-Zərdab yolunun rayonun Ərəbxana kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini 26 yaşlı Elnur İbrahimzadə “Mersedes Vito” markalı avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq kanala düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır