CƏMİYYƏT


Göyçayın Çayarxı kəndində ev yanıb

Göyçay rayonunun Çayarxı kəndində İsmayılov Ənvər Nuğay oğluna məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri bildirib ki, ümumi sahəsi 336 kvadratmetr olan evdə yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və üç yanğınsöndürən avtomobil cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsinə fərdi yaşayış evinin tamamilə yanmasının və alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır