Evdə müalicə alacaq xəstələr üçün xüsusi paketlərin hazırlanması nəzərdən keçirilir
30.06.2020 [18:16]
Dövlətimiz tərəfindən ev şəraitində müalicə alacaq yüngül simptomlu xəstələrə xüsusi paketlərin hazırlanması nəzərdən keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.