Digər istiqamətlər üzrə çarter reyslərinin təşkili nəzərdən keçirilir
30.06.2020 [18:21]
Artıq Bakı-İstanbul-Bakı istiqaməti üzrə çarter uçuşları həyata keçirilir. Digər istiqamətlər üzrə isə çarter reyslərinin təşkil edilməsi nəzərdən keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.