DÜNYA


Tehranda klinikada baş verən yanğında azı 20 nəfər həyatını itirib

Dünən axşam İranın paytaxtı Tehranda bir klinikada partlayış və yanğın olub. “Mehr” agentliyinin məlumatına görə yanğın nəticəsində ən azı 20 nəfər vəfat edib, 23 nəfər yaralanıb. "Fars" agentliyinin yaydığı məlumatda bildirilir ki, partlayış Sina klinikasında qaz sızması nəticəsində baş verib.