SİYASƏT


Prezidentin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planının həyata keçirilməsi uğurla davam edir

İlk gündən etibarən pandemiyanın qarşısının alınması üçün lazımi adımlar atıldı və göstərişlər verildi. İqtisadi sahədə, cənab Prezidentin fərmanına uyğun olaraq 4 işçi qrup yaradıldı, tədbirlər planı hazırlandı.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.